Gürcüstanın beyin mərkəzləri ilə əməkdaşlıq gücləndirilir
17:15 13 Sentyabr 2019
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb.
Qurumdan Femida.az-a verilən məlumata görə, memorandumu Gürcüstanda səfərdə olan BMTM-in sədri Fərid Şəfiyev və Gürcüstan Fondunun direktoru Yekaterina Metreveli imzalayıblar. Anlaşma memorandumu iki beyin mərkəzi arasında ekspertlərin, araşdırmaların mübadiləsini, birgə araşdırmaların aparılmasını, birgə konfransların təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Müzakirələr zamanı BMTM-in sədri Fərid Şəfiyev rəhbərlik etdiyi mərkəz barədə məlumat verib, yeni yaranmış qurumun gələcək planları barədə danışıb. Bu baxımdan Gürcüstanla əlaqələrin və bu ölkənin beyin mərkəzləri ilə əlaqələrin xüsusilə vacib olduğunu bildirib.
Həmçinin müzakirələr zamanı Gürcüstanla Azərbaycan arasında əlaqələrin tarixi köklərindən və iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bildirilib ki, hər iki ölkə çoxsaylı oyunçuların olduğu çətin regionda yerləşir və birgə araşdırmalı olan bir çox məsələlər var.
Gürcüstanda səfərdə olan BMTM sədri Fərid Şəfiyev iki gün ərzində bir sıra digər beyin mərkəzləri və ekspertlərin geniş dairəsi ilə görüşlər keçirir.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib
- Gürcüstanın Baş naziri Azərbaycana gəlir
- Gürcüstanın keçmiş müdafiə naziri beş il müddətinə həbs olunub
- Gürcüstanın Azərbaycana 5 milyon dollar borcu var
- Gürcüstanın baş naziri bu gün Ərdoğanla görüşəcək
- Gürcüstanın Baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Gürcüstanın Ukraynadakı səfiri Kiyevə dönüb
- Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi
- Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək
- Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi