Sevgilisi tərəfindən zorlandığını iddia edən qız efirə çıxdı (VİDEO)


15:06     25 Oktyabr 2019 zorlama.jpg

İddiaya görə, Azərbaycanda oğlan sevdiyi qıza dərman içirdərək zorlayıb. Hadisə Abşeron rayonunda baş verib.


Femida.az xəbər verir ki, Nuranə adlı qız sevdiyi oğlan tərəfindən evə gətirilərək evdə zorlandığını bildirib. Bu barədə Nuranə Space TV-də yayımlanan "Gəl dərdini danış" verlişində etiraf edib. Nuranənin dediyinə görə, oğlan onu anası ilə tanış etmək üçün evə aparıb. Evdə ona dərman qatılmış su verib.Suyu içən qız özündən gedib. Oyanan zaman zorlandığını görən qız yaxınlarına məlumat verib. Bu hadisədən sonra atası ondan imtina etdiyini bildirən Nuranə kömək istəyib. O, bildirib ki, qardaşı Türkiyədə yaşayır və hadisədən xəbəri yoxdur. Hazırda faktla bağlı hüquq mühahizə orqanlarında araşdırma gedir.
Mövzu ilə bağlı ətraflı videonu təqdim edirik:




Açar sözlər: #zorlama   #Video   #kriminal   #xəbərlər   vpolis  

Oxunub: 3978