DMX: Son 10 gündə 223 əcnəbi saxlanılıb


16:00     25 Oktyabr 2019 2019/10/462a6034-c9ee-4c9a-80aa-850c0060b31d_1572004835.jpg


Son 10 gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 223 əcnəbi saxlanılıb.


DMX-dən Femida.az-a verilən məlumata görə, onlardan 27-nin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 12 nəfərin qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 75 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 202 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #MIQRASIYA  

Oxunub: 661