Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
13:45 20 Mart 2022
Macarıstan bütün ukraynalı qaçqınlara yardım göstərəcək, lakin Şimali Afrika və Yaxın Şərqdən qeyri-qanuni immiqrasiyaya qəti şəkildə qarşı çıxmağa davam edəcək.
Femida.az xəbər verir ki, bu barədə Macarıstan Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəisi Dyorji Bakondi məlumat verib.
“Biz həm Ukraynadan gələn qaçanları, həm sərhədlərimizi , həm də daxili təhlükəsizliyimizi qoruyuruq. Bunsuz iqtisadi inkişaf və ailələrimizin təhlükəsizliyi mümkün deyil. Ona görə də biz miqrasiya siyasətimizi davam etdirməliyik və eyni zamanda, Ukraynalı qaçqınları qəbul edirik”.
Baş nazir Viktor Orbanın immiqrasiya üzrə baş müşaviri hesab edilən Bakondi həmçinin qeyd edib ki, Macarıstan Serbiya ilə cənub sərhədindən öz ərazisinə qanunsuz daxil olmaq üçün çoxsaylı cəhdlərlə üzləşməkdə davam edir. Onun sözlərinə görə, sənədləri olmayan naməlum şəxslər Avropa İttifaqı ərazisinə daxil olmaq üçün əlverişli hesab etdikləri ölkəyə daxil olmağa çalışırlar:
“Buna görə də Macarıstan hökuməti ukraynalı qaçqınlara humanitar yardım göstərəcək, eyni zamanda cənub sərhədində qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacaq”,
O xatırladıb ki, sorğulara əsasən, ölkə əhalisinin əksəriyyəti hakimiyyətin bu sahədə sərt siyasətini dəstəkləyir.
Dyorji Bakondinin rəhbərlik etdiyi idarənin məlumatına görə, Macarıstana gələn ukraynalı qaçqınların sayı 460 min nəfəri keçib.
Oxunub: 422
Oxşar xəbərlər
- Macarıstan Ukrayna ilə sərhədə qoşun göndərir
- Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
- Macarıstandan 48 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
- Macarıstan Prezidentindən İlham Əliyevə təbrik məktubu
- Macarıstanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
- Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək
- Macarıstanın Baş Naziri Azərbaycan Prezidentini təbrik edib
- Macarıstanın Baş naziri Azərbaycana gəldi
- Macarıstanda etirazların yeni dalğası başlayıb
- Macarıstan Ukrayna konsulunu ölkədən çıxardı