Aeroport yolunda taksi avtobusla toqquşdu - ANBAAN VİDEO


15:36     14 Noyabr 2019 19_11_14_1573731462.jpg

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.


Femida.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır.

Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir.

Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır.

Hadisə nəticəsində taksi sürücüsü xəsarət alır. Hadisəyə səbəb kimi sürücünün mobil telefona baçı qarışdığı bildirilir.

Videonu təqdim edirik:



Femida.az

Açar sözlər: #qəza   #video  

Oxunub: 559