Qaradağda 4 otaqlı ev yanıb


09:59     09 Yanvar 2020 yangin_38673636.jpg

Qaradağda bir evdə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı, döşəməsi və içərisindəki ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 659