DYP sürücülərə müraciət edib
12:39 23 Yanvar 2020
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciət edib.
Bu barədə Femida.az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmantinin verdiyi məlumata əsasən, hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, bu günlərdə yollarda sükün arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümükün qədər həmin ərazilərdə istifadə etməməli, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğu sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini prklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar", o bildirib.
Femida.az
Oxunub: 1660
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- Özünü DYP rəhbərinin qohumu kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub