Özünü DYP rəhbərinin qohumu kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub


19:11     12 Aprel 2022 22_04_12_1649778933.jpg

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Bəxtiyar Yusifova hökm oxunub. O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var.

Belə ki, təqsirləndirilən B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib. O, buna görə ondan ümumilikdə 59 min manat pul alıb.

Bundan başqa, B.Yusifov Y.Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O, buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, B.Yusifov həmin şəxslərə özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edib.

Açar sözlər:

Oxunub: 484