Tanışını bıçaqlayan şəxsin məhkəməsi olacaq


10:31     27 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir.

Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 552