Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
11:24 03 Avqust 2022
Cəlilabadda tanışını öldürməyə cəhddə təqsirləndirilən Çingiz Bayramovun məhkəməsi başlayır.
Femida.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Babayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin aprelində Cəlilabad rayonu, Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, 40 yaşlı Ç.Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə 1988-ci il təvəllüdlü Cəmil Bayramova baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Ç.Bayramova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 3169
Oxşar xəbərlər
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
- Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını mətbəx bıçağı ilə öldürdü - İSTİNTAQ
- Tanışını bıçaqlayan Gəncə sakininin cinayət işi məhkəməyə göndərildi
- Tanışını bıçaqlayan şəxsin məhkəməsi olacaq
- Tanışını polisə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı qərar elan olunub
- Tanışını taxta parçasıyla qətlə yetirdi - 16 il cəza
- Tanışını qətlə yetirən şəxs tutulub
- Tanışını taxta parçası öldürən şəxsə hökm oxunub
- Tanışını ayağından güllələdi