Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib


10:25     07 Mart 2020 20_03_07_1583562362.jpg


Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.

Allah rəhmət eləsin! / APA

Femida.az

Açar sözlər: #Sumqayıt  

Oxunub: 781