Sumqayıtda sabiq polis əməkdaşı intihar edib


21:12     06 İyul 2022 22_07_06_1657129451.jpg

Sumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib.

Femida.az-ın xəbərinə görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.

F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Açar sözlər:

Oxunub: 355