Səbail rayonunda operativ qaydada videokonfrans keçirilib
21:05 02 May 2020
Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı ölkəmizdə mövcud sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci ilədək uzadılıb. Bununla yanaşı əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHB-nın qəsəbə və SİƏD nümayəndələri, eyni zamanda bələdiyyə sədrləri ilə operativ qaydada onlayn müşavirə keçirilib.
Müşavirədə RİH başçısı xüsusi karantin rejimi dövründə rayon ərazisində aparılan dezinfeksiya işləri, sakinlərə göstərilən ərzaq yardımları və əhalini narahat edən digər məqamlar barədə məlumat vermişdir. RİH başçısı özünütəcrid şəraitində qalan vətəndaşlara çatdırılan ərzaq sovqatlarının paylanılması zamanı tam şəffaflığın və çevikliyin təmin edilməsinin zəruri olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Müşavirənin yekununda Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarından irəli gələn məsələlərin həlli istimaqətində RİH Başçısı tərəfindən müşavirə iştirakçılarına müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 1151
Oxşar xəbərlər
- Səbaildə gənci avtomobil vurub
- Səbail icra başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb
- Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib
- Səbail rayonunda narkotik və psixotrop həblər satan şəxs saxlanılıb
- Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb
- Səbail rayonunda karantin rejimi ilə əlaqədar reydlər keçirilib - FOTO
- Səbail rayonundakı bir sıra ərzaq mağazalarına baxış keçirilib
- Səbaildə narkotacir ələ keçdi
- Səbaildə gizli fəaliyyət göstərən kafe aşkarlandı
- Səbaildə xüsusi karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb - FOTO