Koronavirusun ocağı olan Uhanda məktəblər açıldı


16:23     06 May 2020 20_05_06_1588768632.jpg

Pandemiyanın ocağı olmuş Çinin Uhan şəhərində təhsil ocaqları fəaliyyətə başlayıb.


Femida.az İHA-ya istinadən xəbər verir ki, dərslər sosial məsafə qaydalarına əsasən tənzimlənəcək.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şagird və tələbələrin dərsə maska ilə gəlmələri tələb edilir. Bundan başqa, təhsil ocaqlarının girişində öyrəncilərin hərarəti də ölçüləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3139