TƏBİB-in sədri Ramin Bayramlı koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA


15:25     19 İyun 2020 2020/06/ramin-tebib_1592565462.jpg

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ramin bəyin virusa yoluxması ilə bağlı yayılan məlumatlar yalandır. O, hazırda iş başındadır.

Ramin Bayramlı tibb müəssisələrinə səfərlər etdiyinə görə, mütəmadi olaraq testden keçirilir və nəticələri neqativdir”, - deyə R. Əliyeva bildirib.

Açar sözlər:

Oxunub: 776