Bakıdan Sumqayıta yeni yol çəkiləcək
15:26 09 Oktyabr 2020
“Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb”
Femida.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş planının ilkin layihəsində deyilir.
Qeyd olunub ki, 2027-ci ilin sonunadək Bakının şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun tikintisi planlaşdırılıb. Eyni zamanda xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.
“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın, paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun, “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun, xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması planlaşdırılır.
Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2 300 km-dən 2 550 km-ə çatdırılması planlaşdırılır.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub
- Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
- Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb
- Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb
- Bakıdan regionlara dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq
- Bakıdan Moskva və Kiyevə çarter reysləri yerinə yetiriləcək
- Bakıdan 3 şəhərə xüsusi reyslər davam edəcək