Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər
08:57 10 Oktyabr 2020
Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.
Femida.az
Görüş 10 saatdan çox davam edib.
Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub.
Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Oxunub: 1026
Oxşar xəbərlər
- Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib
- Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
- Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
- Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir
- Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər
- Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir
- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb
- Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir