"Qarabağ" UEFA-ya rəsmi müraciət ünvanladı
12:39 11 Noyabr 2020
"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda IV turun Türkiyə "Sivasspor"u ilə ev oyununu Bakıda keçirmək üçün UEFA-ya müraciət ünvanlayıb.
Bu barədə Femida.az-a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.
Klub rəsmisi bildirib ki, artıq qitə futbol qurumu ilə məsələ ətrafında fikir mübadiləsi aparılıb: "Dünən əlaqə saxlayıb, rəsmi müraciət etdik. Bizə dedilər ki, sülh sazişindən sonra vəziyyəti diqqətlə izləyirlər. Yəqin ki, qarşıdakı günlərdə daha dəqiq məlumat veriləcək".
Bu cür qərarların UEFA İcraiyyə Komitəsinin iclasında verildiyini xatırladan Əsgərov, ilk növbədə, həmin toplantının baş tutmasına nail olmağa çalışdıqlarını söyləyib: "Bilirsiniz ki, komitə əvvəlcədən müəyyən edilmiş tarixlərdə toplaşır. Biz əvvəlcə iclasın keçirilməsinə nail olmağa çalışırıq. Buna görə də qarşı tərəfə tutarlı faktlarla müraciət etmək lazımdır. Bilirsiniz ki, ölkədə hərbi vəziyyət rejimi davam edir. Bütün suallara aydınlıq gələndən sonra ev oyunu ilə bağlı da yekun qərar qəbul olunacaq".
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da İstanbulda "Başakşehir" klubuna məxsus Fatih Terim" stadionunda keçirib.
Oxunub: 540
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb