Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
09:11 12 Fevral 2022
Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində orduda özünü şikəst etmə faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə Femida.az Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təhqiqat zamanı məlum olub ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı Ermənistanın hərbi qulluqçuları V.K və N.A. döyüşlərdə iştirak etməmək məqsədilə bir-birinin sağlamlığına zərər vurmaqla (özünü şikəst etməklə) hərbi xidmət çərçivəsində müəyyən öhdəliklərin icrasını müvəqqəti dayandırmaq barədə razılığa gəliblər.
Əsgər N.A bu məqsədlə 19 oktyabr 2020-ci il saat 02:00 radələrində tabeliyindəki AK-74 avtomatından V.K-nın sol çiynindən bir dəfə atəş açaraq, sağlamlığına yüngül xəsarət yetirib. Bundan sonra əgər V.K. N.A.-ya AK-74 avtomatından atəş açaraq onu sağ ayağından yaralayıb. Bu, onların hərbi xidmət çərçivəsində müəyyən vəzifələrin icrasının müvəqqəti dayandırılmasına səbəb olub.
Onlar Ermənistan Cinayət Məcəlləsinin “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yollarla hərbi xidmətdən yayınma”, “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yolla hərbi xidmətdən yayınmada iştirak etmə”, “Qəsdən sağlamlığa ağır zərər vurma” və “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” maddələri ilə ittiham olunublar.
Cinayət işi ittiham aktı ilə birlikdə Sünik vilayətinin birinci instansiya məhkəməsinə göndərilib.
Oxunub: 641
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
- Qarabağda biznes qurmaq istəyənlərin sayı açıqlandı