Sərnişin daşıyan koronaviruslu xəstəyə cinayət işi açıldı
11:32 23 Noyabr 2020
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Ağstafa Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 08.11.2020-ci il tarixdə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Sərnişin avtobusunda ər arvadını qətlə yetirib
- Sərnişin daşıyıcıları dizel yanacağına görə subsidiya alacaq
- Sərnişin və yük daşımaları ilə bağlı qərarlarda dəyişikliklər edilib
- Sərnişin təyyarəsi körpünün altında ilişdi - Video
- Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
- Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
- Sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
- Sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı
- Sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edildi - Qusarda
- Sərnişin taksi sürücüsünü boğdu + VİDEO