DYP-dən karantin postları ilə bağlı MÜRACİƏT
10:42 14 Dekabr 2020
Son aylar Azərbaycan Respublikasında COVID-19 infeksiyasına yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti tərəfindən ölkə ərazisində 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Femida.az-a bildirilib ki, bununla əlaqədar, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılıb və müəyyən edilmiş qaydalar nəzərə alınmaqla hərəkət məhdudiyyəti tətbiq edilib:
"Odur ki, həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar. Ölkəmiz üçün hazırki həssas dönəmdə hərəkət iştirakçılarının özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlayışla yanaşacağına və sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklərinə ümid edirik".
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- DYP-dən isti hava ilə bağlı sürücülərə çağırış
- DYP-dən rayonlara səfərlər bağlı sürücülərə MÜRACİƏT
- DYP-dən gizli radarların quraşdırılması iddiasına münasibət
- DYP-dən uzaq məsafələrə səhayət edən sürücülərə müraciət
- DYP-dən küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq
- DYP-dən nasaz avtomobillərlə bağlı müraciət
- DYP-dən texniki baxışla bağlı XƏBƏRDARLIQ
- DYP-dən vətəndaşlara çağırış: "Diqqətli olun!"
- DYP-dən sürücülərə XƏBƏRDARLIQ
- DYP-dən sürücü və sərnişinlərə xəbərdarlıq - bunu etməyənlər 40 AZN cərimələnəcək