Türkiyəli istehkamçılar azad olunan ərazilərdə - VİDEO


13:01     22 Dekabr 2020 20_12_22_1608629869.jpg


Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.



Femida.az

Açar sözlər: #Türkiyə   #istehkam   #hərbi   #müdafiə   #ordu   #Qarabağ  

Oxunub: 900