İşğaldan azad olunan 75 yaşayış məntəqəsində inventarlaşdırma işləri yekunlaşdırılıb
12:11 31 Yanvar 2021
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, artıq 3 945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4 449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.
Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.
Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb
- İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
- İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlandı
- İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı
- İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
- İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir
- İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub