“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib
14:33 02 Fevral 2021
Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra – Milli Prioritetlər) uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
“2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir:
qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.
Oxunub: 625
Oxşar xəbərlər
- “Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur” - ABŞ-ın sabiq diplomatı
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- “Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək” - David Zalkaliani
- “Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi
- “Azərbaycanın humanitar jestini alqışlayıram” - Şarl Mişel
- “Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz yanıb
- “Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm” - İraq prezidenti
- “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb
- “Azərbaycan Kosmik Agentliyi" publik hüquqi şəxs yaradılıb
- “Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib