“Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta


11:55     06 Noyabr 2021 2021/11/087CF7A2-D89E-4546-AAB3-BCC091A30D3C_1636190137.jpeg

“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişikliklə Azərbaycan yenidən əzəli torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi”.

Femida.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, hazırkı vəziyyət atəşkəs rejimidir, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır:

"Açıq toqquşmalar baş verəndə düşündük ki, müharibə heç vaxt ola bilməzdi. Amma bu situasiya ona dəlalət etdi ki, iki ölkə arasında müharibə hər məqamda baş verə bilərdi. Azərbaycanın sülh müqaviləsininin imzalanmasına meyilliliyi çox vacibdir, bu çox asan başa gəlmir. Çünki iki tərəf sülhə tam əminlik hissinə malik deyil. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq".

Robert Sekuta hesab edir ki, 30 il davam edən düşmənçilik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib: "Biz artıq yaxşı qonşuluq münasibətlərindən bəhs edirik. Azərbaycan və ermənilər daha əvvəl qarışıq nikaha gedirdilər. Amma indi gənc nəsildən söhbət etsək, belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənçilik var. Bu da sülhün bərpa olunması üçün iki ölkə rəhbərindən müəyyən zaman tələb edir".

Robert Sekuta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunmasını təklif edib: "Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın, bunun üzərində danışıqlar aparılsın, tərəflər arasında iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər. Biz də formal şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu təşəbbüs kimi irəli sürə bilərik".


Femida.az

Açar sözlər: #ABŞ   #Azərbaycan    

Oxunub: 509