300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
16:00 12 Fevral 2021
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısı İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Hakimlərin Seçki Komitəsindən Femida.az-a verilən məlumata görə, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib.
İmtahanlarda müasir texnologiyaların tətbiq olunması, sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən edilib. Həmçinin, hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alıb.
Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.
Eyni zamanda test və yazılı imtahandan uğurla keçmiş növbəti qrup hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək.
300-dən çox hüquqşünas isə test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.
Hakimlərin Seçki Komitəsi bildirir ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari ilin mart ayının 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir. Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.
COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla və müasir İKT tətbiq edilməklə keçiriləcək test imtahanının yeri, başlanma vaxtı və s. barədə namizədlərə əlavə məlumat veriləcək
Eyni zamanda namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.
Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən fevralın 15-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə jlc.gov.az saytından əldə edilə bilər.
Oxunub: 637
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib
- 300 uşaq onlayn müsahibəyə cəlb olunacaq
- 3000-dən çox məhkuma elektron qolbaq tətbiq edilib
- 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
- 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib
- 3000 müəllim daimi əsaslarla işə qəbul edilib
- 3000 şəxs direktor olmaq istəyir
- 300 min dollarla Azərbaycandan qaçdı, Rusiyada ələ keçdi
- 300 məcburi köçkün ailəsi Qaradağın Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək
- 300 minlik "Yaguar”ı sərxoş sürən Hacıyev kimdir? – RƏSMİ AÇIQLAMA