“Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradıb” - İlham Əliyev
16:53 23 Fevral 2021
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb.
Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq”.
Prezident İlham Əliyev qeyd edib ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- “Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur” - ABŞ-ın sabiq diplomatı
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- “Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək” - David Zalkaliani
- “Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi
- “Azərbaycanın humanitar jestini alqışlayıram” - Şarl Mişel
- “Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz yanıb
- “Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm” - İraq prezidenti
- “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb
- “Azərbaycan Kosmik Agentliyi" publik hüquqi şəxs yaradılıb
- “Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib