Sarkisyanın Bakıda olması xəbəri təkzib edildi
16:02 09 Mart 2021
Ermənistan prezidentinin administrasiyası Armen Sarkisyanın Bakıya səfəri ilə bağlı yayılan xəbərləri təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə prezident Sarkisyanın mətbuat xidməti açıqlama yayıb.
Bundan əvvəl, bəzi erməni KİV-ləri Sarkisyanın guya 17 noyabrda Bakıda olması barədə xəbər yaymışdı.
“İravunk” qəzeti Makedoniyanın Ermənistandakı sabiq fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, prezident Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.
“Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi?”, - deyə o bildirib.
"Bəzi KİV-lər Armen Sarkisyanın 17 noyabrda Bakıda olduğunu yazıb. Bu, açıq yalan və dezinformasiyadır. Prezident həmin gün və ya başqa bir gündə Bakıda olmayıb", - açıqlamada deyilir.
Qeyd edilib ki, 17 noyabr 2020-ci il tarixində Ermənistan prezidenti Kanadanın ölkəyə yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
- Sarkisyana cinayət işi açıldı
- Sarkisyan ifşa olundu: Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş
- İlham Əliyev: "Koçaryan, Sarkisyan, Ohanyan qaçıb gizləndilər"
- Sarkisyan korpus komandirini vəzifədən azad etdi
- “Müharibədə 1064 erməni hərbçi itkin düşüb” - Sarkisyan sənəd yaydı
- Paşinyan və Sarkisyan növbədənkənar seçkiləri müzakirə ediblər
- Sarkisyan Paşinyanın Baş Qərargah rəisi namizədini dəstəkləmədi
- Sarkisyan Qasparyana görə Konstitusiya Məhkəməsinə müraciət etdi
- Sarkisyan yenə Qasparyanla bağlı qərarı imzalamadı