Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib


17:37     17 Mart 2021 21_03_17_1615990578.jpg


Martın 17-də Ədliyyə Nazirliyinin və "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfrans keçirilib.

Femida.az-ın məlumatına görə, videokonfransda Ədliyyə Nazirliyinin rəsmiləri, məhkəmə hakimləri, Vəkillər Kollegiyasının üzvləri, Azərbaycan Banklar Assosiasiyasının sədri, sahibkarlar, vətəndaş cəmiyyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Videokonfrans zamanı ədliyyə və məhkəmə sahəsindəki islahatların sahibkarların hüquqlarının müdafiəsinə göstərdiyi təsirlərdən danışılıb.

Bildirilib ki, Azərbaycanda banklar əsasən, Ədliyyə Nazirliyinin fəaliyyətindən razıdır. bununla yanaşı, məhkumları işə götürən sahibkarlara vergi güzəştlərinin olunması təklifi edilib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, konfrans iştirakçıları mövzu ilə bağlı fikir və təklifləri nəzərə alınacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #sahibkar   #hüquq   #bank   #qanun   #femida  

Oxunub: 1131