Məhkəmə Qasparyanın iddiasını geri qaytardı
16:23 25 Mart 2021
Ermənistanın İnzibati Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəkili tərəfindən baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana qarşı qaldırılan iddianı geri qaytarıb.
Femida.az-ın erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, hakim Liana Akopyanın sədrliyi ilə qəbul edilmiş qərarda qeyd edilib ki, qarşı tərəf 5 gün ərzində apellyasiya şikayəti verə bilər.
Onik Qasparyanın vəkili Artur Ovannisyan prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyana qarşı İnzibati Məhkəmədə iddia qaldırmışdı. İddiada Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərmanın qüvvədən düşməsi tələb edilirdi.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan martın 22-də prezident Sarkisyanın Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə fərman layihəsini imzalamadığı və Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Davtyanın bu vəzifəyə təyin edildiyini açıqlayıb.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib