Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib


13:21     27 Mart 2021 21_03_27_1616836362.jpg

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.

Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.



Femida.az

Açar sözlər: #Türkiyə   #Rusiya   #MonitorinqMərkəzi  

Oxunub: 229