Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib


15:03     30 Mart 2021 2021/03/0F07BB02-AD03-4FD0-9DEC-1496754DDB7B_1617103057.jpeg

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən Femida.az -a verilən məlumata görə, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 19 mart tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il iyunun 1-i saat 06:00-dək uzadıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://www.migration.gov.az/az/news_detail/14374).

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (aprelin 3-də və 4-də, 10-da və 11-də, 17-də və 18-də, 24-də və 25-də, mayın 1-də və 2-də, 8-də və 9-da, 15-də və 16-da, 22-də və 23-də, 29-da və 30-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 584