Hikmət Hacıyevdən qondarma soyqırımla bağlı açıqlama
14:33 23 Aprel 2021
"Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.
Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək", - o vurğulayıb.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb
- Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb
- Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşüb
- Hikmət Hacıyev Şuşaya gələn diplomatlara təşəkkür etdi
- Hikmət Hacıyev NATO rəsmisilə görüşdü
- Hikmət Hacıyev 3 ölkənin media rəhbərləri ilə görüşüb
- Hikmət Hacıyev minalanmış ərazilərdən yazdı
- Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət
- Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb