DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
14:28 20 May 2021
“Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, hər iki ölkəni ümumi iqtisadi və geosiyasi maraqlar birləşdirir”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Cavad Qasımov Gürcüstan nümayəndə heyəti ilə görüşdən sonra deyib.
O, pandemiyanın səbəb olduğu məhdudiyyətlərdən sonra əyani görüşün baş tutmasından məmnunluq ifadə edib: “Biz gömrük idarələri arasında ilkin elektron məlumatların mübadiləsi və koordinasiyanın daha da gücləndirilməsinin əhəmiyyətini müzakirə etdik”.
DGK-nin sədr müavini görüşdə Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsi layihəsinin də nəzərdən keçirildiyini qeyd edib: “Bu layihə nəzarət prosedurunun idarə olunmasının effektivliyininin artırılması baxımından irəliyə atılmış çox mühüm addımdır. Yeni məntəqə müasir infrastrukturla və ən yeni texnologiyalarla təchiz ediləcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır və buna görə sərhədin keçilməsi prosedurları asan və tez olmalıdır”.
Oxunub: 653
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK narkotik əməliyyatının görüntülərini yaydı - VİDEO
- DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib
- DGK gücləndirilmiş iş rejiminə keçir
- DGK-nın yeni binasının tikintisinə 30 mln manat xərclənib
- DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib
- DGK büdcəyə 2,6 milyard manat köçürüb