Vladimir Menşov vəfat edib
12:33 05 İyul 2021
Rejissor Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.
Femida.az xəbər verir ki, Vladimir Valentinoviç Menşov 1939-cu il sentyabrın 17-də Bakı şəhərində anadan olub.
İnstituta qəbul olmazdan əvvəl V.Menşov müxtəlif sahələrdə, o cümlədən Bakıda dalğıc gəmisində dənizçi kimi çalışıb.
O, 1965-ci ildə M.Qorki adına Moskva Akademik Bədaye Teatrı yanında V.İ.Nemiroviç-Dançenko adına məktəb-studiyanın aktyorluq fakültəsini, 1970-ci ildə isə S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində rejissorluq üzrə aspiranturanı bitirib. 1970-76-cı illərdə "Mosfilm", "Lenfilm" kinostudiyalarında və Odessa kinostudiyasında müqavilə üzrə işləyib.
V.Menşov böyük filmdə aktyor olaraq 1972-ci ildə Aleksey Saxarovun "Öz yerində olan adam" dramında baş rolu ifa edərək debüt edib. Ümumilikdə o, kino və telefilmlərdə təxminən 120 rol ifa edib.
V.Menşovun rejissoru olduğu "Moskva göz yaşlarına inanmır" filmi bir çox beynəlxalq film festivallarında mükafatlar qazanıb, onun yaradıcıları SSRİ Dövlət Mükafatını alıb. 1981-ci ildə isə film ABŞ Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Oskar" mükafatına layiq görülüb.
Oxunub: 352
Oxşar xəbərlər
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- İlham Əliyev və Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər
- Ərdoğan: "Vladimir Putinlə görüşə çox əhəmiyyət veririəm"
- Vladimir Putin Türkiyəyə səfər edəcək
- Vladimir Putin: "Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi səmərəli işləyir"
- Vladimir Putin İlham Əliyevə təşəkkür edib
- Vladimir Putin üçtərəfli görüşdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək
- Soçidə İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüş başlayıb
- İlham Əliyev Vladimir Putinə başsağlığı verib