Türkiyə və Fələstin prezidentləri görüşüb


20:59     10 İyul 2021 2021/07/0e19a5b2-6a03-32c7-b0b7-7754013bc1af_850_1625936446.jpg

Fələstinin dövlət başçısı Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında İstanbula rəsmi səfərə gedib.

Səfər çərçivəsində dövlət başçıları arasında təkbətək görüş keçirilib.

Mətbuata qapalı formada keçirilən görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq.

Qeyd edək ki, səfərin gündəliyində Türkiyə ilə Fələstin arasında əməkdaşlığın genişləndirilməsi və Fələstində növbəti seçkilərlə bağlı fikir mübadiləsi olub.


Femida.az

Açar sözlər:

Oxunub: 943