Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
13:29 13 İyul 2021
Ali təhsilin magistratura səviyyəsinə boş qalan plan yerlərinin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildirilib ki, müsabiqə üçün 11135 plan yeri təqdim olunub. Bu plan yerlərindən 3812 yer dövlət sifarişlidir.Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.
Beləliklə, 11135 plan yerindən 785 yer qalıb ki, onun da 46-sı dövlət sifarişli yerlərdir. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.
Oxunub: 391
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya qəbul imtahanına qeydiyyat başladı
- Magistraturaya sənəd qəbulu başa çatdı
- Magistraturaya sənəd qəbulu başladı