Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
15:18 06 Yanvar 2022
“Magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən yoxlanılacaq”.
Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bildirib.
Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq: “Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.
Oxunub: 521
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
- Magistraturaya qəbul imtahanına qeydiyyat başladı
- Magistraturaya sənəd qəbulu başa çatdı
- Magistraturaya sənəd qəbulu başladı