Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək?
15:39 11 Avqust 2021
“Vaksin vurdurulması üçün əks-göstərişlər çox az faiz təşkil edir”.
Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O qeyd edib ki, əks-göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks-göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olanlar, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür- TƏBİB
- Vaksinasiya olunmayan təhsil işçilərinin sayı açıqlanıb
- Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO
- Vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi - Tibb bacıları cərimələndi
- Vaksinasiya ilə bağlı Azərbaycanda SON STATİSTİKA
- Vaksinasiya bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA
- Vaksinasiya ilə bağlı 40 ən vacib sual
- Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!