Bakının bəzi küçə və prospektlərində sıxlıq yaranıb - BNA


10:12     16 Avqust 2021 2021/08/1E98E4F5-44E8-49E3-8567-5ADF274B8B1C_1629095092.jpeg

Səhər saatlarında Bakının bəzi küçə və prospektlərində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində, Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə,Yol – nəqliyyat vasitələrinin çoxluğudur.

Bununla yanaşı, Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən,Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi,Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq var.

Femida.az

Açar sözlər:

Oxunub: 947