Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq


20:49     31 Avqust 2021 2021/08/16304176761960517510_1000x669_1630421405.jpg

Sentyabrın 1-də saat 11:00-dan 13:00-dək aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq Bakı şəhərinin Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində işlərin aparılacağı hərəkət zolaqları üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 522