Bakıətrafı qəsəbələrə yeni marşrut xətti istifadəyə verilir
20:04 04 Oktyabr 2021
Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılması üzrə işlər davam etdirilir.
Femida.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə 115 nömrə adı altında Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
Marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.
Yeni xətt üzrə avtobuslar oktyabrın 5-dən fəaliyyət göstərəcək.
Oxunub: 891
Oxşar xəbərlər
- Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq
- Bakıətrafı qəsəbədən Koroğluya yeni marşrut xətti fəaliyyətə başlayacaq
- Bakıətrafı qəsəbələrə yeni kanalizasiya xətləri çəkiləcək
- Bakıətrafı qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Elektrik qatarları işləyəcək
- Bakıətrafı qəsəbələrin adsız küçələri - VİDEO