Dövlət Agentliyinin sədri tacikistan səfiri ilə görüşüb
19:59 12 Oktyabr 2021
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev arasında görüş keçirilib. Görüş səfirin təşəbbüsü ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin, Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Tacikistanda tətbiqində maraqlı olduqlarını vurğulayan səfir bu istiqamətdə Dövlət Agentliyinin dəstəyini xahiş edib.
Dövlət Agentliyinin sədri “ASAN xidmət” təcrübəsinin Tacikistan tərəfi ilə paylaşmağa hazır olduqlarını vurğulayıb.
Görüş zamanı qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.
“ASAN xidmət”in bir sıra xarici ölkələrdə uğurla tətbiq olunduğunu vurğulayan Dövlət Agentliyinin sədri bu günədək 15-dən çox dövlət və beynəlxalq təşkilatla müvafiq istiqamətlərdə əməkdaşlıq edildiyini qeyd edib. Sonda xatirə hədiyyələri təqdim olunub.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib