Sumqayıtda koronavirus xəstəsi toya gedib
20:59 18 Oktyabr 2021
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman onun qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən Femida.az a verilən məlumata görə, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Nisyə siqaret üstündə qadını baltaladı - TOY YARIMÇIQ QALDI
- Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- MAY AYINDA TOY ETMƏK OLMAZ? - İNANILMAZ SƏBƏB