Bakıda yol qəzası baş verib


09:36     10 Noyabr 2021 2021/11/3C63546F-2B85-440E-B495-C668C20FC864_1636518665.jpeg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Atatürk prospektində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Zeynalov Təhməz Cəbrayıl oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Yolqəzası    

Oxunub: 606