Xaçmazda yol qəzası olub, ölən var


20:27     17 İyul 2022 22_07_17_1658075255.jpg

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın xəbərinə görə, hadisə Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səlimov Həmdulla Həmid oğluna məxsus “SEAT ibiza” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində H.Səlimov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 379