Əfv və amnistiya ilə azadlığa buraxılanların sayı açıqlandı
12:17 11 Noyabr 2021
“Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8 774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub”.
Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib:
“Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasiti ilə həyata keçiriləcək amnistiya dövlətin hümaniat siyasətinin mövti təzahürüdür”.
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Əfv sərəncamının icrasına başlanılıb
- Jurnalist Əfqan Sadıqov əfv edilib
- Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib
- Prezident bu şəxsləri əfv etdi - ADLAR
- “Taliban” İŞİD-in 65 üzvünü əfv edib
- Əfv sərəncamının icrası başa çatdı - 475 nəfər azadlığa çıxdı
- Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olundu
- Əfv sərəncamı 6 və 7 saylı cəzaçəkmə müəssisələrində icra olunub
- Ombudsman əfv edilənlərə müraciət etdi