Amnistiya Aktı 70-ə yaxın qadına və 6 yeniyetməyə şamil olunacaq


14:28     11 Noyabr 2021 2021/11/5F8E4FAD-C2F4-498F-B1F2-22971A851C12_1636626209.jpeg

Amnistiya aktı altı yeniyetmə məhkuma şamil olunacaq ki, onun da iki nəfəri azadlığa buraxılacaq. Dörd yeniyetmənin isə cəzası azaldılacaq.

Femida.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktı həmçinin 70-ə yaxın qadın məhkuma şamil olunacaq: "Onların da bir hissəsi azaldılığa çıxacaq, qalanlarının isə cəzası 6 ay azaldılacaq".

Femida.az

Açar sözlər: #Məhkum   #Qadın    

Oxunub: 554