Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb


12:14     02 May 2022 22_05_02_1651477337.jpg

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu dəmir yolu stansiyası ərazisində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş C.Məmmədovdan tapança, 78 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 375