Bu il 45 mindən çox şəxsə əlillik verilib


11:43     14 Noyabr 2021 2021/11/EC085827-1159-44D8-B181-5CB8BA1C9362_1636878056.png

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub.

Femida.az Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.



Femida.az

Açar sözlər: #əlillik    

Oxunub: 670